Stok Analitik
UNEC-in Biznesin idarə edilməsi ixtisası üzrə məzunuam. 2024-cü ildən qaimə-faktura, stok uçotu, inventarizasiya və kredit sənədləşməsi sahəsində praktiki təcrübəyə malikəm. 1C/ERP və Excel-də işləyirəm, ƏDV və e-qaimə üzrə biliklərə malikəm, ilkin uçot sənədlərini dəqiq tərtib edirəm, fiziki və uçot qalıqları arasındakı fərqləri araşdırıram. Kiçik mühasib və ya mühasib köməkçisi vəzifəsində çalışmaq və mühasibat uçotu üzrə peşəkar inkişaf etmək istəyirəm.
Zeytun Pharmaceuticals
Əczaçılıq mallarının qəbulunu qaimələr əsasında yoxlamaq və uçota almaq. Stok uçotunu 1C və Excel-də aparmaq, inventarizasiya keçirmək. Fiziki və uçot qalıqlarını tutuşdurmaq, aşkarlanan uçot fərqlərini araşdırmaq. Sifariş və qaimələr əsasında malların buraxılışını sənədləşdirmək, FIFO/FEFO və yararlılıq müddətinə nəzarət etmək.
Express Bank
Müştərilərin kredit müraciətlərini qəbul edib araşdırmaq, kredit sənədlərini hazırlamaq. Müştəri portfelini idarə etmək, kredit ödənişlərinə nəzarət etmək.
LC Waikiki
Malların qəbulunu anbar sisteminə daxil etmək, inventarizasiya və stok nəzarəti ilə data dəqiqliyini təmin etmək.
Ilkstore
1C, Excel və digər ofis proqramlarında qaimə datasını dəqiq daxil etmək və idarə etmək. Mühasibat və anbar əməliyyatları üzrə praktiki biliklər qazanmaq.
McDonald’s
Yüksək müştəri axını şəraitində xidmət və satış, təzyiq altında komandada işləmək.
Bakalavr · Biznesin idarə edilməsi