İstehsalat üzrə mütəxəssis CNC, CAD/CAM
Sənaye istehsalatı sahəsində 12 ildən artıq təcrübəyə malik, CNC proqramlaşdırma, emal texnologiyaları və istehsalat proseslərinin təşkili üzrə ixtisaslaşmış mütəxəssisəm. İstehsalat tapşırıqlarının planlaşdırılması və koordinasiyası, texnoloji proseslərə nəzarət, işlərin vaxtında icrası, məhsul keyfiyyəti və ölçü dəqiqliyinin təmin edilməsi istiqamətlərində təcrübəm var. Siemens, Fanuc və Haas idarəetmə sistemləri, 3, 4 və 5 oxlu CNC frez dəzgahları, CNC torna, lazer kəsmə və lazer boru kəsmə avadanlıqları ilə işləyirəm.
“İqlim” Elmi İstehsalat Müəssisəsi
PİO və CNC dəzgahlarında emal texnologiyalarına nəzarət. Texniki proseslərin optimallaşdırılması və idarə olunması. Proqramlaşdırma və istehsalat sahələri arasında texniki koordinasiya.
“İqlim” Elmi İstehsalat Müəssisəsi
Proqramlaşdırma və istehsalat texnologiyaları üzrə işlərin təşkilinə və koordinasiyasına rəhbərlik. Texniki layihələrin icrasının əlaqələndirilməsi və istehsalat tapşırıqlarının texnoloji baxımdan qiymətləndirilməsi.
Müdafiə Sənayesi Nazirliyi – “İqlim” Elmi İstehsalat Müəssisəsi
Texniki çertyojlar və nümunələr əsasında 3D modellərin hazırlanması. 3 və 4 oxlu CNC dəzgahları üçün emal texnologiyalarının və proqramların yazılması. Lazer kəsmə dəzgahları üçün proqramların hazırlanması.
Bakalavr · Neft və qaz yataqlarının işlənməsi və istismarı