Tibb bacısı
Səhiyyə sahəsinə və tibbi xidmətlərə olan həvəsim məni tibb bacısı və mamalıq istiqamətində peşəkar şəkildə inkişaf etməyə təşviq edib. Qadın sağlığı, hamiləlik dövrünün izlənilməsi, doğuşa hazırlıq, pasiyentlərə qulluq və kliniki prosedurların icrası üzrə praktiki və nəzəri biliklərə malikəm. Xəstəxana və klinika mühitində operativ işləmə, pasiyentlərlə düzgün ünsiyyət qurma, emosional dəstək göstərmə və kritik vəziyyətlərdə doğru qərarlar qəbul etmə bacarıqlarım güclüdür. Davamlı öyrənməyə açıq, məsuliyyətli və səliqəli çalışaraq tibb sahəsində daha da ixtisaslaşmağa çalışıram.
Liv Bona Dea Hospital
Pasiyentlərin qəbulu, həyati göstəricilərin monitorinqi, həkim təyinatlarının icrası, inyeksiya və infuzion terapiya, hamiləliyin izlənilməsi, doğuşda həkim-ginekoloqa dəstək, analara laktasiya və yenidoğulmuş qulluğu üzrə məsləhət, infeksion nəzarət qaydalarına riayət, təcili ilkin yardım.
Ərzurum Şəhər Xəstəxanası
Hamilə qadınların qəbulu, tibbi müayinələrə hazırlıq, doğuş prosesində həkim-ginekoloqa dəstək, yenidoğulmuşların ilkin qulluğu və monitorinqi.
Ərzurum Nene Hatun Qadın Doğum Xəstəxanası
Qadın doğum şöbəsində pasiyentlərə baxım, kliniki prosedurların icrası, ana və körpə sağlamlığı üzrə maarifləndirmə.
Giresun Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanası
Ginekologiya və doğum şöbələrində staj təcrübəsi, xəstəxana daxili sanitariya-gigiyena qaydalarına riayət.
Magistr · Mamalıq
Bakalavr · Mamalıq