Menecer
İnsan resurslarının idarə edilməsi sahəsində 9 illik iş təcrübəsinə malik, əmək münasibətlərinin tənzimlənməsi və kadr proseslərinin təşkili üzrə ixtisaslaşmış mütəxəssisəm. Əmək qanunvericiliyinin tətbiqi, kadr kargüzarlığının aparılması, əmək müqavilələrinin rəsmiləşdirilməsi, işə qəbul, yerdəyişmə, xitam proseslərinin idarə edilməsi, eləcə də işçi heyətinin uçotu və hesabatlılıq sahələrində praktiki təcrübəyə sahibəm. ƏMAS və digər müvafiq elektron sistemlərlə işləmək, kadr sənədlərinin düzgün hazırlanması və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun təşkili istiqamətlərində
SS Engineering Solutions MMC
İşçi seçim prosesini idarə etdim, namizədlərin müsahibələrini təşkil etdim və uyğun olanları seçdim. İşçilərin inkişafı üçün təlim proqramları hazırladım və icra etdim. İşçi məmnuniyyətini artırmaq məqsədilə mütəmadi olaraq anketlər keçirdim və nəticələrə əsasən tədbirlər gördüm. Şirkət daxili siyasətlərin hazırlanmasında iştirak etdim.
"Profit Solutions" MMC, Bakı
Tibb müəssisəsinin işçi heyəti üzrə kadr sənədləşməsinin aparılması və şəxsi işlərin təşkili. İşə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik edilməsi və əmək münasibətlərinə xitam proseslərinin həyata keçirilməsi. İşçilərin məzuniyyətlərinin və əmək münasibətləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi. Kadr əmrlərinin hazırlanması və sənədlərin sistemləşdirilməsi. Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədlərinə nəzarət.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası
Tibb müəssisəsinin işçi heyəti üzrə kadr sənədləşməsinin aparılması və şəxsi işlərin təşkili. İşə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik edilməsi və əmək münasibətlərinə xitam proseslərinin həyata keçirilməsi. İşçilərin məzuniyyətlərinin və əmək münasibətləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi. Kadr əmrlərinin hazırlanması və müvafiq sənədlərin sistemləşdirilməsi. Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədlərinin hazırlanmasına və düzgün aparılmasına nəzarət.
Bakalavr · İnformatika