Laborant
Kimya mühəndisliyi üzrə ali təhsilliyəm və istehsalat laboratoriyalarında təxminən 3 illik təcrübəyə maləyəm. Xammal və hazır məhsulun fiziki-kimyəvi göstəricilərinin yoxlanılması, laboratoriya avadanlıqları ilə işləmək və keyfiyyət tələblərinə uyğunluğun qiymətləndirilməsi üzrə praktiki bacarıqlara sahibəm. Dəqiqliyə, məsuliyyətə və nəticəyönümlü işə üstünlük verirəm.
Mirzəoğlu – qida istehsalı
Karamel, peçenye, vafli və şokolad məhsullarının laboratoriya yoxlamalarının aparılması. Məhsullarda nəmlik və quru qalıq göstəricilərinin təyini, qlazur faizinin hesablanması. Laboratoriya cihaz və avadanlıqlarından istifadə, nəticələrin qeydiyyatı və istehsalat keyfiyyətinə nəzarət. Analiz nəticələrində uyğunsuzluq aşkarlandıqda məlumatın aidiyyəti üzrə çatdırılması.
NB Group ASC – boya və kimyəvi məhsullar istehsalı
Su əsaslı boya və emulsiya qatqılarının laboratoriya analizlərinin aparılması. PVA yapışqanı, bərk sabun və maye təmizləyici məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması. Özlülüyün viskozimetr vasitəsilə ölçülməsi və analiz nəticələrinin qeyd alınması.
Bakalavr · Kimya mühəndisliyi