İnformatika Müəllimi
İnformatika müəllimliyi üzrə təhsil almışam. Təhsil müddətində kompüter bilikləri, informasiya texnologiyaları və Microsoft Office proqramları üzrə bilik və bacarıqlar əldə etmişəm. Məsuliyyətli, diqqətli, öyrənməyə və özünü inkişaf etdirməyə açıq biriyəm. Ünsiyyət qurmaq, komanda ilə işləmək və qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirmək bacarığına malikəm. Yeni bilik və təcrübələr qazanmağa, fərqli sahələrdə özümü sınamağa həvəsliyəm. Peşəkar fəaliyyətimdə bilik və bacarıqlarımı inkişaf etdirərək çalışdığım müəssisəyə fayda verməyi və karyera yüksəlişinə nail olmağı hədəfləyirəm.
Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar liseyi
Tələbələrə informatika fənnindən dərslər keçdim, proqramlaşdırma və məlumat bazası idarəetməsi üzrə praktiki məşğələlər təşkil etdim. Müxtəlif layihələrdə iştirak edərək, tələbələrin analitik düşünmə qabiliyyətini inkişaf etdirdim. Dərslərdə müasir texnologiyalardan istifadə edərək, tədris prosesini daha interaktiv və maraqlı hala gətirdim.
Bakalavr · İnformatika müəllimliyi