Memar, Şəhərsalma mütəxəsisi
Memarlıq layihələndirilməsi sahəsində 3+ illik praktiki təcrübəyə malik memaram. Bakı Dövlət Layihə İnstitutunda 2 il memar kimi, ondan əvvəl təcrübəçi kimi çalışmışam. Çoxmərtəbəli yaşayış binaları üçün memarlıq işçi çertyojlarının və tikinti sənədlərinin hazırlanmasında, eləcə də Bakı və Qarabağda iri miqyaslı layihələr üzrə baş planlaşdırma və ictimai məkanların layihələndirilməsində təcrübəliyəm. AzDTN, SNiP, NFPA və beynəlxalq standartları bilirəm. Azərbaycan dilini səlis, ingilis dilini yaxşı bilirəm, güclü komanda işi və ünsiyyət bacarıqlarına malikəm.
Bakı Dövlət Layihə İnstitutu
Laçın rayonunun Minkənd kəndi üçün fərdi yaşayış binalarını və ictimai mərkəzi layihələndirmiş, baş planının hazırlanmasında iştirak etmişdir. Cəbrayıl rayonunda 15 beşmərtəbəli və Bakıda 12 mərtəbəli yaşayış binası üçün memarlıq işçi çertyojlarını və tikinti sənədlərini hazırlamışdır. Xocalı və Xocavənddə yaşayış yenidənqurma layihələrində iştirak etmişdir.
Farchitects Design Bureau MMC
Yaşayış mənzillərinin interyer layihələri üçün işçi sənədlər hazırlamışdır (AutoCAD, M 1:50, A1 formatı). Mürəkkəb tavan sistemləri, işıqlandırma sxemləri, elektrik və su-kanalizasiya nöqtələri üzrə çertyojlar tərtib etmişdir. Bari Tower və Central Park layihələri üzrə tam layihə paketinin hazırlanmasında iştirak etmişdir.
Bakı Dövlət Layihə İnstitutu
İri miqyaslı yaşayış və yenidənqurma layihələri üzrə memarlıq layihələndirilməsinə və sənədləşdirilməsinə dəstək vermiş, çertyojların, mərtəbə planlarının və fasadların hazırlanmasına kömək etmişdir.
ASMemar
Kiçik miqyaslı layihələr üçün əsas memarlıq çertyojlarının və layihə dəyişikliklərinin hazırlanmasına kömək etmiş, memarlıq konsepsiyalarını praktiki layihə həllərinə çevirməyi öyrənmişdir.
Bakalavr · Şəhərsalma