AH

Anar H.

Maliyyə meneceri

Bakı Yerləşdirilib: 18 noyabr 2026
Əlaqə məlumatları gizlidir Namizədin telefonu, e-poçtu və CV faylı yalnız işəgötürənlər üçün CV bazasında açılır.
Əlaqə məlumatlarını gör

Haqqında

Maliyyə idarəetməsi, daxili audit, vergi planlaşdırması və idarəetmə hesabatları sahəsində 15 ildən artıq rəhbər təcrübəyə maliyəm. Maliyyə direktoru və baş mühasib kimi çalışmışam. BMHS, Azərbaycan vergi qanunvericiliyi, korporativ büdcələşdirmə, xərclərin uçotu və pul vəsaitlərinin idarə edilməsi üzrə ixtisaslaşmışam. Daxili nəzarət sistemlərinin tətbiqi və strateji maliyyə modelləşdirilməsi üzrə sübut edilmiş təcrübəm var.

İş təcrübəsi

Maliyyə meneceri

Uğur Industry MMC

iyn 2026 – sen 2026 0 il 2 ay

Bütün biznes vahidləri üzrə korporativ büdcələşdirmə, xərclərin uçotu və maliyyə strategiyasına rəhbərlik. Ödəniş təsdiq sisteminin tətbiqi, debitor/kreditor borclarına nəzarət, DSO göstəricisinin 45 gündən 38 günə endirilməsi, hesabat dövrlərinin bağlanış müddətinin 15 gündən 10 gününə salınması. Vergi hesabatlarının hazırlanması və vergi orqanları ilə yazışmalar.

Baş mühasib

Azərbaycan Sənaye Sığorta ASC

yan 2026 – may 2026 0 il 3 ay

Maliyyə-təsərrüfat əməliyyatlarının, sığorta ehtiyatlarının və hesablaşmaların qanunvericiliyə və Mərkəzi Bankın tələblərinə uyğun aparılmasına rəhbərlik. Tənzimləyici hesabatların dəqiq və vaxtında hazırlanması. Pul vəsaitlərinin hərəkəti, büdcə icrası və xərclərin optimallaşdırılması üzrə daxili nəzarət.

Qrup mühasibatlıq müdiri

Azersun Kənd Təssərüfatı Məhsulları MMC

yan 2023 – dek 2025 2 il 10 ay

BMHS və Azərbaycan qanunvericiliyinə uyğun uçotun təşkilinə rəhbərlik. Aktivlərin, öhdəliklərin və ehtiyatların inventarizasiyası, satınalma və ödəniş zəncirinə daxili nəzarət. Vergi bəyannamələrinin tərtibi, illik büdcələrin və pul axınlarının proqnozlaşdırılması. Daxili və kənar audit proseslərinin əlaqələndirilməsi.

Məlumat bazası müdiri

Azersun Holding MMC

yan 2021 – dek 2022 1 il 10 ay

Maliyyə-təsərrüfat əməliyyatlarının BMHS və Azərbaycan qanunvericiliyinə uyğun uçotuna rəhbərlik. Məlumatların həyat dövrünə və keyfiyyət standartlarına daxili nəzarətin təmin edilməsi. Departament büdcəsinin hazırlanması və icrasına nəzarət.

Daxili Audit Şöbə Müdürü/Auditor

Azersun Holding MMC

okt 2008 – dek 2020 12 il 1 ay

Daxili audit xidmətinin əsasnamə, siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi. Risk əsaslı illik audit planının tərtibi və audit tapşırıqlarının icrasına rəhbərlik. Risklərin qiymətləndirilməsi və daxili nəzarət barədə Audit Komitəsinə hesabatlılıq. Şirkətdaxili araşdırmaların və monitorinqlərin aparılması.

Təhsil

UNEC

Magistr

2001-2007

Bacarıqlar

BMHS üzrə maliyyə hesabatları Pul axınlarının idarə edilməsi Vergi hesabatları Maliyyə analizi Xərc analizi İdarəetmə hesabatları Maliyyə proqnozlaşdırması Maliyyə büdcələrinin hazırlanması Maliyyə auditi 1C 8.3 SAP Logo Tiger MS Office Power BI ACCA FA/M

Dil bilikləri

Azərbaycan Ana dili
Rus Ana dili
İngilis Əla

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ