Biznes analitik
Davamlı inkişafın idarə edilməsi üzrə bakalavr təhsili almışam, hazırda Azərbaycan Universitetində magistr təhsilimi davam etdirirəm. Biznes analitikası, sənəd dövriyyəsi, hesabatların hazırlanması və təşkilati işlər üzrə təcrübəyə malikəm. Dövlət qurumlarında könüllü fəaliyyətim və Tələbə Elmi Cəmiyyətində rəhbər vəzifələrdə iştirakım sənədlərlə işləmək, komanda fəaliyyətini əlaqələndirmək və tədbirlər təşkil etmək bacarıqlarımı inkişaf etdirib. İşə məsuliyyətli və diqqətli yanaşır, məlumatların düzgünlüyünə və tapşırıqların vaxtında icrasına önəm verirəm.
AYAL Technology
Müştəri tələblərini analiz etdim və iş proseslərini optimallaşdırdım. Verilənlər bazasından məlumatları çıxardım, hesabatlar hazırladım və strateji qərarların qəbuluna dəstək oldum.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsi
Gömrükdə könüllü fəaliyyətim çərçivəsində gömrük bəyannamələrinin rəsmiləşdirilməsi prosesində iştirak etdim.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Sənəd dövriyyəsinin təşkili prosesində iştirak etdim. Daxil olan və göndərilən sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi işlərini yerinə yetirdim.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tələbə Elmi Cəmiyyətində katib və sədr müavini kimi fəaliyyət göstərdim. Elmi və təşkilati tədbirlərin planlaşdırılması və keçirilməsində iştirak etdim.
Bakalavr · Davamlı inkişafın idarə edilməsi
Magistr · Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş