İş üçün vacib fərdi bacarıqlar

07 Noyabr 2020 30621

Şəxsi keyfiyyət və bacarıqlar bütün iş sahələrində tələb olunandır. Güclü şəxsi keyfiyyətlər bizə iş axtarma prosesində rəqabəti qazanmağımıza yardım edə bilər. İşəgötürənlərin namizədlərdə axtardığı bir neçə ən çox tələb olunan şəxsi bacarıqlar vardır ki, bunlardan ən vacibləri kritik (tənqidi) düşüncə və şəxslərarası münasibətlər bacarığıdır. Odur ki, bu bloqumuzda şəxsi keyfiyyətlərin nə olduğu və ən çox hansı növ şəxsi bacarıqların tələb olunduğunu sizə təqdim edirik.

Şəxsi bacarıqlar nədir

Şəxsi bacarıqlar bizə iş həyatımızı inkişaf etdirməyə, özümüzü düzgün şəkildə ifadə edib digərləri ilə təsirli əlaqə yaratmağımıza yardım edir. Demək olar ki, istənilən vəzifə üçün şəxsi bacarıqlar lazımlıdır, lakin bəzi vəzifələr üçün spesifik şəxsi keyfiyyətlər lazımlı ola bilər. 

Güclü şəxsi keyfiyyətlərə mənsub olan şəxs işlərinə qarşı istəkli, digərlərinə qarşı yardımsevər, motivasiyalı olur və adətən digərlərindən vəzifələrini daha uğurlu şəkildə yerinə yetirir.

Şəxsi bacarıqların professional bacarıqlardan fərqi odur ki, onları ölçmək və yaxud isbat etmək çətindir. Məsələn, hər-hansı uğurlu kommunikasiyanı və yaxud iş yoldaşını daha uğurlu olması üçün motivasiya etməyi bir proqram ilə ölçmək mümkün deyildir. Buna görə də, şəxsi keyfiyyətlərini nümayiş etdirməyi də bacarmaq lazımdır. 

İşə götürənlərin axtardığı əsas şəxsi bacarıqlar

İşə götürənlər namizədlərdə müxtəlif şəxsi qabiliyyətlərə nəzər yetirirlər. Bunlardan əsas iki kateqoriya məşhurdur: Şəxslərarası münasibət bacarıqları və kritik (tənqidi) düşüncə bacarıqları.

Şəxslərarası münasibət bacarıqları

Şəxslərarası münasibətlər bacarığı sizə başqaları ilə uğurlu ünsiyyət və qarşılıqlı əlaqə yaratmağınıza yardım edən bacarıqlardır. Bu cür bacarıqlar sizə inzibati, müştəri xidmətləri, və idarəetmə vəzifələrində daha çox lazımlıdır. İşəgötürənlərin axtardıqları ən yaxşı şəxsiyyətlərarası bacarıqlar bunlardır:

  • Komanda işi bacarıqları
  • Motivasiya
  • Empatiya
  • Səbir
  • Çeviklik
  • Hörmət
  • Diqqət

Kritik və yaxud tənqidi düşüncə bacarıqları

Tənqidi bacarıqlar fərdi bacarıqların vacib kateqoriyasıdır, insanın yaradıcılıq və təhlil yolu ilə əsaslı qərarlar vermək və problemləri həll etmək bacarığını nəzərdə tutur. Çox vaxt tənqidi düşünmə bacarığı tələb edən vəzifələrə mühasiblər, vəkillər, alimlər, tədqiqatçılar və müəllimlər daxildir. Ümumi tənqidi düşünmə bacarıqlarına daxildir:

  • Problemlərin aşkarı və aradan qaldırılması.
  • Tədqiqat bacarıqları
  • Məntiqi düşüncə
  • Müşahidə bacarıqları
  • Problem həll etmə bacarıqları
  • Analiz bacarıqları
  • Şərh bacarıqları
  • Qərar vermək bacarığı
  • Açıq fikirlilik

Daxili motivasiya bacarıqları

Daxilən motivasiyalı olmaq işəgötürənlər üçün olduqca cəlbedici bir bacarıqdır, çünki təriflərə və yaxud mükafatlara ehtiyac olmadan tapşırıqları yerinə yetirmək üçün daxilən motivasiyalı olmaq önəmlidir. Daxilən motivasiyalı insanlar bir hədəfə çatma prosesindən zövq alırlar. Daxili motivasiya kateqoriyasına daxil olan bacarıqlara aşağıdakılar daxildir:

  • Qətiyyət
  • Etibarlılıq
  • İnam
  • Nikbinlik
  • Pozitivlik
  • Özünə inam
  • Həvəslilik

Ünsiyyət bacarıqları

Ünsiyyət bacarıqları, fərdi bacarıqlar kateqoriyasına daxil olan başqa bir bacarıq qrupudur. Bu bacarıq işəgötürənlər üçün olduqca cəlbedicidir və iş yerində uğurlu olmaq üçün demək olar ki, hər peşədə tələb olunur. Güclü ünsiyyət bacarıqları tələb edən işlərə müştəri xidmətləri nümayəndələri, ictimaiyyətlə əlaqələr mütəxəssisləri, müəllimlər və jurnalistlər aiddir. Tələb olunan ünsiyyət bacarıqlarına aşağıdakılar daxildir:

  • Aktiv dinləmə
  • Şifahi ünsiyyət bacarıqları
  • Yazılı ünsiyyət bacarıqları
  • Açıqfikirlilik
  • Empatiya
  • Sual vermək

CV-də şəxsi bacarıqlar

İşə müraciət edərkən şəxsi bacarıqlarınızı CV-də rahat şəkildə vurğulaya bilərsiniz. Bunu həm CV-də bacarıqlar hissəsində, həm də əvvəlki rollarınızdakı məsuliyyətlərin təsvirində edə bilərsiniz. CV-ə hansı şəxsi bacarıqlarınızı daxil edəcəyinizə qərar verərkən qayda olaraq əvvəl iş elanına baxmaq və xüsusi olaraq sadalanan şəxsi bacarıqları qeyd etmək lazımdır. Bununla işəgötürənin diqqətini daha çox cəlb edə bilərsiniz.

İstinad: Glassdoor portalı

Oxşar yazılar