Verilənlər bazasının administrasiyası şöbəsinin mütəxəssisi (DBA)

Verilənlər bazasının administrasiyası şöbəsinin mütəxəssisi (DBA)

Bank Respublika ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    10 avqust 2026

  • Bitmə tarixi

    10 sentyabr 2026

Təsvir

  • MongoDB, MS SQL Server, Oracle və PostgreSQL verilənlər bazalarının idarə olunması və texniki dəstəyinin göstərilməsi;
  • Verilənlər bazalarında yaranan problemlərin operativ şəkildə araşdırılması, səbəblərinin müəyyənləşdirilməsi və həll olunması;
  • Database performansının monitorinqi və optimallaşdırılması;
  • SQL sorğularının analiz edilməsi və performans problemlərinin aradan qaldırılması;
  • Backup və Restore proseslərinin qurulması, idarə olunması və mütəmadi yoxlanılması;
  • Ehtiyat (Backup) bazalarının və Standby Database-lərin qurulması və idarə olunması;
  • High Availability və Disaster Recovery həllərinin qurulmasında və idarə olunmasında iştirak;
  • Database replication və synchronization proseslərinin monitorinqi və idarə olunması;
  • Database-lərin versiyalarının yenilənməsi, patch və upgrade proseslərinin həyata keçirilməsi;
  • Database serverlərinin resurslarının (CPU, RAM, Disk, I/O və s.) monitorinqi;
  • Database təhlükəsizliyinin təmin edilməsi, istifadəçi və rolların idarə olunması;
  • İstifadəçilərə və tətbiqlərə database girişlərinin (access) idarə olunması;
  • Database üzrə logların və sistem göstəricilərinin monitorinqi;
  • Incident və problem management proseslərində iştirak və yaranan problemlərin vaxtında həll edilməsi;
  • Database dəyişikliklərinin planlaşdırılması və təhlükəsiz şəkildə tətbiq olunması;
  • Production, Test və Development mühitləri arasında database proseslərinin koordinasiyası;
  • Database mühitlərinin avtomatlaşdırılması və standartlaşdırılması;
  • Ansible və digər DevOps avtomatlaşdırma alətlərindən istifadə etməklə rutin əməliyyatların avtomatlaşdırılması;
  • Deployment proseslərinin avtomatlaşdırılmasında və CI/CD proseslərində iştirak;
  • Monitoring və alerting sistemlərinin qurulması və idarə olunmasında iştirak;
  • Server və database mühitlərinin DevOps prinsiplərinə uyğun şəkildə idarə olunması;
  • Texniki sənədləşmənin hazırlanması və mövcud sənədlərin yenilənməsi;
  • Yeni texnologiyaların araşdırılması və mövcud database/DevOps infrastrukturunun təkmilləşdirilməsi.

Tələblər


  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MongoDB, MS SQL, Oracle və PostgreSQL üzrə minimum orta səviyyədə bilik;
  • Qeyd olunan database-lər üzrə sertifikatların mövcudluğu;
  • Ansible və digər avtomatlaşdırma alətləri ilə işləmə bacarığı;
  • Deployment, monitoring və sistemlərin avtomatlaşdırılması üzrə ilkin biliklər.



 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Verilənlər bazasının administrasiyası şöbəsinin mütəxəssisi (DBA) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox