Tibbi nümayəndə

Tibbi nümayəndə

Profderma
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Tibb təmsilçisi

  • Maaş

    450 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    21 yanvar 2021

  • Bitmə tarixi

    20 fevral 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Tibb nümayəndəsi vakansiyaları üçün bura keçid edin!

- 27 yaşdan yuxarı olmayan;
- Müştərilərlə işin təşkili, gündəlik klinikalara baş çəkmək və məhsulları tanıtmaq.
- Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.
- Məhsul bazarının, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.

Maaş: ilkin təklif olunan aylıq maaş - 450 AZN;

İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00; 13:00-dan- 14:00-dək nahar;

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Namizədə tələblər:

- İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: Ali təhsil (tibb və ya əczaçılıq təhsili olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office;

- Fərdi keyfiyyət tələbləri: Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini office@profderma.az , mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox