Vakansiya haqqında
Öhdəliklər
- Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarını dəstəkləmək;
- Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
- Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqini aparmaq;
- Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
- Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
- Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
- Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər
- Texniki sahədə ali təhsil və ya peşə təhsili;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
- Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
- Əla ünsiyyətqurma bacarığı;
- Komandada işləmək bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!