Vakansiya haqqında
- Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi;
- İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
- Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi;
- İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması;
- Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
- Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi.
Namizədə tələblər:- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
- İngilis və Rus dili bilikləri (orta səviyyədə);
- Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri;
- Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
-VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange haqqında fundamental biliklər;
- Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik biliklər;
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
- Tələb olunan sahə üzrə minimum 2 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Help Desk” göstərməyiniz xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!