Təcrübəçi mühəndis-mexanik

Təcrübəçi mühəndis-mexanik

ATEF ŞİRKƏTLƏR QRUPU
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühəndis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    20 oktyabr 2020

  • Bitmə tarixi

    31 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübəçi vakansiyaları üçün bura keçid edin!

İş şəraiti:


• 5 günlük iş həftəsi

• Nahar fasiləsi: 12:00-13:00

• Nahar müəssisə tərəfindən təmin edilir.


İş barədə məlumat:


• Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;

• Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;

• Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;

• Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;

• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;

• İstehsalatın texniki hazırlığını təmin etmək;

• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,

Namizədə tələblər:

• Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);

• Azərbaycan, rus və ingilis dillərini blməli;

• AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;

• Analitik düşüncə tərzi;

• Yeni lahiyələrdə iştrak etmək bacarığı;

• Təzyiq altında işləmə bacarığı;

• Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;

• Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;

• QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;

• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

• Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;


Namizədin şəxsi keyfiyyətləri:


• Fikrini izah etmək qabiliyyəti;

• Ezamiyyə imkanları;

• Ünsiyyət yaratmaq bacarığı;

• Fəal olması və komandada işləmək bacarığı.


Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik” mövzu bölməsində göstərin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #840240

  • 3294

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox