Vakansiya haqqında
Vəzifənin məqsədi:
Şirkətin məhsullarını, xidmətlərini və brend imicini hədəf auditoriyaya uyğun şəkildə təqdim etmək. Platformaya uyğun kontent planı qurmaq və icra etmək.
Əsas öhdəliklər:
• Kampaniyaların vizual təqdimatını dizayner və ya rəqəmsal mütəxəssislə koordinasiya etmək
• Satış komandası ilə əlaqə quraraq məhsulların aktual ehtiyaclara uyğun təqdimatını təmin etmək
• Şirkətin sosial media hesablarını (Instagram, Facebook, LinkedIn və s.) idarə etmək
• Kontent planlaması aparmaq və həftəlik/aylıq paylaşımları hazırlamaq
• Məhsul kateqoriyaları üzrə təqdimat yanaşmaları araşdırmaq və təkliflər irəli sürmək
• Rəqiblərin sosial media fəaliyyətlərini analiz etmək və inkişaf sahələri müəyyənləşdirmək
• Foto/video kontent çəkilişlərini planlamaq və ya təşkili üçün komanda ilə işləmək
• Brend dili və vizual üslubun qorunmasına nəzarət etmək
• Takipçi rəylərinə, suallarına və mesajlara cavab vermək (community management əsaslı)
Tələblər:
• Marketinq və ya kommunikasiya sahəsində təhsil və ya iş təcrübəsi
• Yaradıcı düşüncə və təqdimat bacarığı
• Minimum 1 il SMM və kontent sahəsində təcrübə
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
• İngilis dili biliyi arzuolunandır
• Araşdırma aparmaq və təkliflər hazırlamaq bacarığı
• Komanda ilə işləmək və planlı olmaq
Şirkətin təklifləri:
• KPI əsaslı bonus sistemi
• Müvafiq sahədə təlim və sertifikat imkanları
• Uzunmüddətli əməkdaşlıq perspektivi
Əmək haqqı: 800-1200+AZN
Şirkət haqqında:
“BMY Caspian” MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs izolyasiyası, yanğınavə qarşı örtüklər, karbon-epoksid gücləndirmə sistemləri və sənaye döşəmələri üzrə ixtisaslaşmaqla yanaşı, kommersiya və infrastruktur layihələrinin tikinti, bərpa və layihələndirməsini də həyata keçirir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!