Vakansiya haqqında
Global Olympiad Center Sosial Media Menecer üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq;
- Sosial media üçün məzmun yaratmaq;
- Şirkət üçün aylıq postplan hazırlanması;
- Sosial media reklamları və büdcəsinin idarə edilməsi;
- Sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;
- Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.
Əsas tələblər:
- Azərbaycan dilində mükəmməl yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;
- Təhsil müəssisələrində təcrübə böyük üstünlükdür;
- Detallara diqqətli olmaq;
- marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi üstünlükdür;
- Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.
İş haqqında:
Qrafik: həftənin 6 günü, saat 10:00-dan 17:00-a kimi
İş yeri: Af Business House, 7-ci mərtəbə
Əmək haqqı başlanğıc üçün: 500 AZN
Nəzərinizə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!