Sistemlərin İnkişafı və İdarəedilməsi Şöbəsinin Müdiri

Sistemlərin İnkişafı və İdarəedilməsi Şöbəsinin Müdiri

ASB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texniki avadanlıq mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    20 mart 2023

  • Bitmə tarixi

    19 aprel 2023

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

- Şöbənin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və
qüvvədə olan digər normativ hüquqi aktlarının tələblərinə uyğun aparılmasını riayət
etmək;
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək, həmçinin onun planlamasını, təşkilini və
nəzarətini aparır; inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
- Şöbənin illik büdcəsinin layihəsini hazırlanmasında, aidiyyatı struktur bölməsinə
təqdim edilməsində iştirak etmək;
- İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Şöbənin əməkdaşlarının vəzifə təlimatlarını və onlara əlavə və dəyişiklikləri
hazırlamaq, tanış olunması üçün struktur bölmə rəhbərinə təqdim etmək, işçilər arasında
səlahiyyət bölgüsünü aparmaq;
- Şöbənin işçilərinin qanunvericiliklə və bankdaxili reqlamentlərlə tanış olmalarını və
riayət etmələrini təmin etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar normativ sənədləri, reqlamentləri, habelə onlara əlavə və
dəyişikliklər layihəsini hazırlamaq və təsdiq olunması üçün təqdim etmək;
- Sistemlərin və infrastukturun daim əlçatan olmasını və dayanıqlı olmasını təmin etmək;
- Sistemlərin işinə nəzarət etmək və mütəmadi texniki baxışı təmin etmək;
- Şöbə heyəti arasında iş bölgüsünü, təlimlərin təmini və işçilərə nəzarət etmək;
- Avadanlıq və proqram təminatların lisenziyalaşdırılması işini təşkil etmək;
- Kənar şirkətləri cəlb edərək infrastruktur avadanlığının təmirini və dəstəyini təşkil
etmək;
- İnformasiya sistemləri avadanlıqlarının modernləşdirmə planı məqsədilə kompüter
texnologiyalarda yeniləmələri təqib etmək;
- İnformasiya sistemi avadanlığından suistimalını gördükdə və görülmüş tədbir barəsində
birbaşa rəhbərinə məlumat vermək və məxfiliyi təmin etmək.111:27

Namizədə tələblər:

- Ali təhsil (Texniki sahə üzrə);
- 5 il İT sahəsi üzrə iş stajı;
- İngilis dili bilikləri olanlara üstünlük verilir;
- İT infrastrukturun iş prinsiplərini bilməli;
- Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı;
- Liderlik qabiliyyəti, ünsiyyət və komandada işləmək bacarıqları;

- Texniki tələblər:
- Server, storage (SAN/NAS) və SAN Switch/Nexus şəbəkə avadanlıqlarının
idarəedilməsi
- WMware virtualizasiya (Vcenter/ Esxi/ vSAN/ VRS/ SRM) mühitinin idarəedilməsi
- Active Directory/Mail Exchange/DNS/DHCP və və sair Windows funksiyalarının
idarəedilməsində ekspert bilik və bacarıqlar
- MS Windows və Linux serverlərinin idarəedilməsi
- Replikasiya, Yedəkləmə, Disaster Recovery həlləri sahəsində bilik və təcrübə.
- Avtomatlaşdırma bacarıqları, PowerShell/Python dillərində avtomatlaşdırma
- Şəbəkə infrastrukturunun işləmə prinsipləri üzrə administrativ bilik və təcrübə.
- Verilənlər bazası infrastrukturunun işləmə prinsipləri üzrə bilik və təcrübə.
- İT layihə və proyektlərdə fəal iştirakçı təcrübəsi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #848891

  • 645

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox