Sistem İnzibatçısı

Sistem İnzibatçısı

Sinteks Group of Companies
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sistem idarəetməsi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 sentyabr 2020

  • Bitmə tarixi

    30 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Sistem inzibatçısı vakansiyaları üçün bura keçid edin!

Sinteks Şirkətlər qrupuna hal hazırda Sistem İnzibatçısı tələb olunur.

İşin rolu:

İşin əsas rolu serverlərin idarə edilməsi, yeni serverlərin yerləşdirilməsi və idarə edilməsi, icarəyə verilən xidmətlərin alınması və idarə edilməsi.

Vəzifə öhdəlikləri:

• Şirkətə məxsus olan server avadanlıqların xarici və daxili, beynəlxalq rabitə və internet çıxışını təmin etmək
• İT infrastrukturu, daxili serverləri və bulud texnologiyaları idarə etmək
• Serverlərdə və kompüter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırılmaq
• Məlumatların arxivləşdirilməsini təşkil etmək
• Baş ofisdən mağazalara bağlantıların işləməsini və LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək
• Lisenziya tələb edən proqram təminatlarının alışını və lisenziya müddətinin vaxtlı-vaxtında uzadılmasını təmin etmək

Kompetensiyalar:

• Ünsiyyətcillik bacarığı
• İş bölgüsü aparmaq və vaxtın idarə etmək bacarığı
• Komandada işləmək və koordinasiya etmək bacarığı
• Cəldlik bacarığı


Namizədə tələblər:

Əsas tələblər:

İxtisas / Təhsil:

• İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə təhsil, (MS Windows Server / Active Directory və ya digər müvafiq sertifikatlar arzu olunandır)

Təcrübə:

• Müvafiq sahə üzrə ən azı 4-5 il iş təcrübəsi

Bilik və bacarıqlar:

• SSO modeli; Müxtəlif Windows, Linux əsaslı servislərdə SSO tətbiq etmək bacarığı
• VmWare ESXI, vCenter Server, VMFS, istehsal şəraitində FT qurması üzrə təcrübəli olmaq
• LUN, datastore, ötürücü cihazların bağlantısı və SAN over FC, SAS üzrə təcrübəli olmaq
• Windows Server Domain Sistemi; AD, FSMO rolları, Qrup siyasətlərini bimək
• PKI; SSL sertifikatları, MS Sertifikat Təşkilatı, OpenSSL və fərqli ehtiyaclar üçün sertifikatlar üzrə təcrübəli olmaq
• Linux əsaslı server administrasiyası; VPS serverlərinin əmr və idarə edilməsini bilmək arzu olunandı
• Kerio Operator IP PBX; Telefon sistemi protokollarını və iş prinsiplərini bilmək
• Exchange Server 2016; Quraşdırma və idarəetmə. Rollar, Saytlar, DAG, Dinamik qruplar, təhlükəsizlik üzrə təcrübəli olmaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Sistem İnzibatçısı” qeyd edib göndərilməsi xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox