Sənədləşmə üzrə mütəxəssis

Sənədləşmə üzrə mütəxəssis

AVT Logistics
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnzibati

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    22 sentyabr 2020

  • Bitmə tarixi

    22 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Sənədləşmə üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

- Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;

- Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;

- Sənədlərin göndərilməsini təşkil etmək;

- Sənədlərin icra müddətinə nəzarət etmək;

- Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;

- Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;

- Sənədlərdən istifadə edilməsini təmin etmək;

- Aşkar edilmiş sənədləri aktla təhvil almaq;

- Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;

- Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;

- Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;

- Zəruri sənədlərdə düzəlişlər aparmaq;

- Korlanmış rəsmi blankların hesabatını aparmaq;

- Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.

Namizədə tələblər:

- Azərbaycan dilində yüksək yazı bacarığı;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
- Rus və İngilis dili biliklərinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- Endirimli tibb xidməti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Sənədləşmə üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox