Təsvir:
	- Komanda tərəfindən Agile, Scrum, Kanban dəyərlərinin, təcrübələrinin və qaydalarının qəbul edilməsini və onlara əməl olunmasını təmin etmək;
 
	- Komandanın effektivliyini təmin etmək;
 
	- Komanda formalaşdırmaq, motivasiya etmək və inkişaf etdirmək bacarığı;
 
	- Scrum görüşlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) müsbət, məhsuldar və vaxt məhdudiyyətləri daxilində olmasını təmin etmək;
 
	- Sprint hədəfinin formalaşmasına və scrum komandanı sprintin hədəfinə fokuslanmağa yönəltmək;
 
	- Komandaya daxil olan tapşırıqların qiymətləndirilməsini təmin etmək;
 
	- Komandaya mane olan maneələrin aradan qaldırılmasını təmin etmək;
 
	- Hesabatların hazırlanması və analizi.
 
 
Tələblər:
	- Agile, Scrum, Kanban baza biliklərin olması;
 
	- Məsuliyyət, dəqiqlik, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti;
 
	- Bank sahəsində iş təcrübəsi;
 
	- Layihələrin idarə olunması sahəsində iş təcrübəsi;
 
	- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
 
	- Azərbaycan dili və rus dili bilikləri (ingilis dili arzuolunandı);
 
	- Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
 
	- Stressə davamlılıq;
 
	- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq;
 
	- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.
 
                                                        Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!