Vakansiya haqqında
Səni şən və enerjili satış komandamıza dəvət edirik! Yalnız satmağı deyil, həm də müştərilərə seçimlərində kömək etməyi bacaran namizədlər axtarırıq.
- Ünsiyyət qurmağı sevirsən və inandırmağı bacarırsan? Sənin üçün yerimiz var! Satış təcrübəsi olması üstünlükdür, amma əsas öyrənməyə və inkişaf etməyə hazır olmalısan.
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək önəmlidir, çünki bu sizə müxtəlif müştərilərlə asanlıqla ünsiyyət qurmağa imkan verəcək.
İş şəraiti:
- Əmək haqqı + bonus
- İş vaxtı həftədə 5 gün, 2 gün istirahət (növbəli iş rejimi)
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə.
CV-nizi mövzu hissəsində “Satıcı-konsultant” qeyd etməklə Jumlacorporate@outlook.com e-mail ünvanımıza göndərməyiniz bəs edir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!