Vakansiya haqqında
17 ildir Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-a qədər brendin respublikanın müxtəlif bölgələrində satışı ilə məşğul olan ŞAM-FI MMC “Satış üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışındadır:
Vəzifə funksiyaları:
∙ Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq;
∙ Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək;
∙ Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək;p
∙ Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir
∙ Məhsulun satışının təşkil olunması
∙ Sifarişlərin qəbul olunması
∙ Müştəri məmnuniyyətini saxlamaq
∙ Ticarət nöqtələrinin inkişaf etdirilməsi
Namizədə tələblər:-Ali təhsil
-Bəy namizədlər
-Yaş aralığı: 22-30
-Sürücülük vəsiqəsi və şəxsi avtomobil MÜTLƏQDIR
-Müstəqil və komandada işləmək bacarığı
-Məsuliyyət, diqqət, intizam və təşəbbüskarlıq
-Ünsiyyət qurabilmə qabiliyyəti
İş şəraiti:
∙ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
∙ Həftədə 5 iş günü, 2 gün istirahət.
∙ Karyera yüksəlişi imkanı.
Uyğun namizədlər mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək cv@sham-fi.az mail ünvanına CV-lərini göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!