B

Satış Mütəxəssisi

Bakı Sığorta

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Satış Mütəxəssisi vakansiyaları üçün bura daxil olun.

Elan № 4016

Satış Mütəxəssisi vakansiyaları

Satış Mütəxəssisi vakansiyaları

02 Noyabr 2020

Elan tarixi

02 Dekabr 2020

Bitmə tarixi

1406

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Satış

Sahə

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Müştərilərə gedəcək sənədlərin (müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.


İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı razılıq əsasında müəyyən ediləcək.


NamİZƏDƏ TƏLƏBLƏR

Namizədə tələblər:

• Yaş: 21-35
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır) və İngilis dili (arzuolunandır)


Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı


İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini hr@bakisigorta.az - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış Mütəxəssisi” qeyd etmələri xahiş olunur.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4016

Satış Mütəxəssisi vakansiyaları

Satış Mütəxəssisi vakansiyaları

02 Noyabr 2020

Elan tarixi

02 Dekabr 2020

Bitmə tarixi

1406

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"