S

Satış Direktoru

STP Global Cable

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Satış Direktoru vakansiyaları üçün bura daxil olun.

Elan № 4999

Satış Direktoru vakansiyaları

Satış Direktoru vakansiyaları

19 Fevral 2021

Elan tarixi

21 Mart 2021

Bitmə tarixi

3230

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

5 ildən yüksək

İş stajı

Tam-ştat

İş rejimi

Satış

Sahə

İş barədə məlumat

Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP Global Cable” MMC, Satış Direktoru vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, satış sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Hansı işləri görəcəksiniz :

- Daxili və xarici bazar payınının genişləndirilməsi istiqamətində satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ Kabel məhsulları, Elektrik avadanlıq və qurğuları ilə əlaqəli kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
- Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
- Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi;
- Departamentin daxili və xarici satış bölmələrinin idarə edilməsi;
- Satış menecerlərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
- Şirkətin satış həcminin artırılması;
- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək;
- İşgüzar tədbirlərdə şirkətin təmsil olunması;
- Görülən işlərə dair dövrü hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Adekvat əmək haqqı və satış nəticələrinə müvafiq bonus;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

NamİZƏDƏ TƏLƏBLƏR

Bizim üçün ideal namizəd :

- Ali təhsil;
- Müvafiq sahədə 5 - 7 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus/ingilis dili bilgisi üstünlükdür);
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
- Şifahi və yazılı kommunikasiya bacarıqlı olmalı;
- Təqdimat və təsiretmə bacarıqlı olmalı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Direktoru” yazaraq, 20 mart 2021 – ci il tarixinədək hrglobalcable@stp.az ünvanına göndərilməsi xahiş olunur.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4999

Satış Direktoru vakansiyaları

Satış Direktoru vakansiyaları

19 Fevral 2021

Elan tarixi

21 Mart 2021

Bitmə tarixi

3230

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"