M

Risklərin İdarə edilməsi üzrə mütəxəssis

MKT İstehsalat Kommersiya MMC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 4898

Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyaları

Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyaları

03 Fevral 2021

Elan tarixi

05 Mart 2021

Bitmə tarixi

2986

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Marketinq

Sahə

Marketinq menecment

Kateqoriya

İş barədə məlumat

MKT-İK MMC (Pambıq müəssisəsi) Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

- Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləməq və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
- Cəmiyyətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Əməliyyat riskləri üzrə işçilərin biliklərini artırmaq üçün cəmiyyətdə təlim / seminar keçirmək;
- Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

İş qrafiki: 5 günlük, 09:30-18:30

NamİZƏDƏ TƏLƏBLƏR

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
• Rus və ingilis dilləri arzu olunandır.;
• Microsoft Office və digər proqramlar;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Risklərin İdarə edilməsi üzrə mütəxəssis” yazmaqla müraciət edilir.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4898

Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyaları

Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyaları

03 Fevral 2021

Elan tarixi

05 Mart 2021

Bitmə tarixi

2986

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"