Təsvir:
- Kredit riski modellərinin hazırlanması, istifadəsi və gözlənilən nəticələri vermədikdə model məlumatlarının (input) / parametrlərinin / model kodlarının nizamlanması;
- Metodologiya, model sənədlərini yoxlayaraq Bank modellərinin təsdiqlənməsi və icrası;
- Modelin inkişaf etdirilməsi / nizamlanması üçün təkliflərin verilməsi;
- Kredit risk modellərini əhatə edən idarəetmə hesabatlarının mütəmadi olaraq hazırlanması;
- Modelin işlədilməsinin monitorinqi və məlumatların testi (backtesting) üçün mütəmadi şəkildə validasiyasının edilməsi;
- Digər (risklə əlaqəli olmayan) qabaqcıl analitik sistemlərin dizayn olunmasında iştirak;
- Kredit skorinqinin yoxlanılması və ehtiyac yarandıqda müvafiq dəyişikliklərin edilməsi;
- Model validasiyası / model keyfiyyətinin yoxlanılması və model sonrası validasiya dəyişikliklərinin əlavə olunması;
Tələblər:
- Ali təhsil (Kompüter Elmləri, Statistika, Tətbiqi Riyaziyyat və ya digər müvafiq sahələr üzrə);
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili);
- Proqramlaşdırma dili: R, Python v.s
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Skorinq modelləşdirməsi ilə bağlı təcrübənin olması (üstünlükdür);
- Müvafiq sahə üzrə ən az 1 il təcrübənin olması.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!