P

Rəqəmsal Marketinq Meneceri

Prosys MMC

Vaxtı bitmiş

800 - 1100 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Rəqəmsal Marketinq Meneceri vakansiyaları üçün bura daxil olun.

Elan № 4923

Rəqəmsal Marketinq Meneceri vakansiyaları

Rəqəmsal Marketinq Meneceri vakansiyaları

08 Fevral 2021

Elan tarixi

10 Mart 2021

Bitmə tarixi

5767

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

800 - 1100 AZN

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Marketinq

Sahə

İş barədə məlumat

- Şirkətin veb saytının optimallaşdırılması, şirkətin məhsulları üzrə marketinq materiallarının hazırlanması, sosial media resurslarına yerləşdirilməsi və idarə olunması

- Rəqəmsal marketinq strategiya planının hazırlanması və icra edilməsi, rəqəmsal reklam materialları hazırlamaq

- Şirkətin məhsulları üzrə araşdırmaların aparılması və məlumatların toplanması, bazarın analiz edilməsi, reklam və tanıdım ehtiyaclarının təyin edilməsi

- Şirkət brendinin tanınması üzrə plan hazırlanması və işlərin icra edilməsi

- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz edilərək hesabatların hazırlanması

- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar

- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

NamİZƏDƏ TƏLƏBLƏR

- Ali təhsil
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qura bilmək (ingilis dili arzu olunandır)
- MS Office proqramlarında işləmə bacarığı
- Strateji yanaşma, planlama və təşkilatçılıq
- Rəqəmsal marketinq və reklam sahəsi üzrə minimum 2 il iş təcrübəsi
- Linkedin, Google, Facebook, Instagram və digər səhifələri idarə edilməsi və optimallaşdırılması sahəsi üzrə 1 ildən artıq iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
- Mobil tətbiqlər və web səhifələrin idarəedilməsi, məhsullar dair marketinq üzrə təcrübə
- Google Analytics, Google Tag Manager, Google Data Studio və digər analitik vasitələr üzrə təcrübə
- Yazılı və şifahi ünsiyyət bacarıqları, yüksək təqdimat bacarığı
- Məlumatları analiz etmək , tendensiyaları müəyyənləşdirmək, nəticələr çıxarmaq və onları fəal anlayışlara çevirmək bacarığı
- Təşəbbüskarlıq, yenilikçilik, kreativlik

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Marketinq” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4923

Rəqəmsal Marketinq Meneceri vakansiyaları

Rəqəmsal Marketinq Meneceri vakansiyaları

08 Fevral 2021

Elan tarixi

10 Mart 2021

Bitmə tarixi

5767

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"