Vakansiya haqqında
“ArchiCo” MMC “qrafik dizayner və animator” vakansiyası elan edir:
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
• Üçölçülü qrafikaların işlənməsi (3D-modelləşdirilməsi);
• Materiallar və teksturlaşdırma, üçölçülü obyektlər üçün gerçəyə uyğun material və teksturaların yaradılması;
• Mürəkkəb obyektlərin modelləşdirilməsi - poliqonal və spline-modelləşdirmənin istifadəsi ilə üçölçülü obyektlərin yaradılması üçün müasir texnologiyaların tətbiqi;
• Vizuallaşdırma və real işıqlandırma - peşəkar işıqlandırma metodları, üçölçülü səhnələrin və obyektlərin işıqlandırılması;
• İnteryer dizaynı - yaşayış və ofis məkanlarının interyerinin real vizualisiyası və layihələndirilməsi;
• Layihələrin modelləşdirilməsi və vizualizasiyası;
• Animasiya və effektlərin yaradılması, animasiya və hissəciklərlə işin əsasları, xüsusi üçölçülü effektlərin yaradılması;
• Effektlərin yaradılması, üçölçülü animasiyanın post-tərtibatı və videoda vizual effekrlərin yaradılması;
• Rastr fotoların peşəkar işlənilməsi, retuş və kollajın yaradılması;
• Vektor rəsmlərin və qarışıq rastr-vektor komposiziyalarının yaradılması;
• Dizayn nəzəriyyəsi: kompozisiya, koloristika, qavrayış psixoloqiyası və onun dizayn maketlərinin hazırlanması.
Əməkhaqqı: 1200-1500 manat
Namizədə tələblər:• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
• Adobe Photoshop, Adobe İllustrator, Adobe İnDesign, Adobe Premiere pro, Adobe After Effects və s. aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
CV-lərinizi hr@achico.az ünvanına "Qrafik dizayner və animator" başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!