Proqram təminatı üzrə baş mütəxəssis

Proqram təminatı üzrə baş mütəxəssis

AFB Bank

Ə/h razılaşma ilə
İş barədə məlumat

AFB Bank İT Strukturu “Proqram təminatı üzrə baş mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

İŞİN TƏSVİRİ:

• Apple’ın iOS platforması üçün yeni mobil tətbiqləri, modulları hazırlamaq;
• Proqramların xüsusiyyətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
• Texniki xüsusiyyətlərə uyğun olaraq proqramın keyfiyyətini və performansını təmin etmək;
• Potensial problemləri müəyyənləşdirmək, həll etmək və hər buraxılışdan əvvəl proqramın səhvlərini düzəltmək;
• App Store'da programın tətbiqini və yeniləmələrini həyata keçirmək;
• Yeni tətbiq olunmuş mobil proqram üçün texniki sənədlərin hazırlanmasında iştirak etmək;
• İnkişaf effektivliyini maksimuma çatdırmaq üçün davamlı olaraq yeni texnologiyaları araşdırmaq, qiymətləndirmək və tətbiq etmək;
• İT, İT təhlükəsizlik, parol siyasəti və beynəlxalq təhlükəsizlik təcrübələrinə uyğun olaraq fəaliyyət göstərmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqram təminatı üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Namizəd üçün tələblər

• Ali təhsil;

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

• Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;

• “Agile Development” və “Extreme programming” metodologiyaları və “Continuous integration” bilikləri;

• JIRA, MS Excel, MSVisio və MS PowerPoint bilikləri;

• Objective-C, Swift, və Cocoa Touch bilikəri;

• iOS Framework (Core Data və Core Animation) haqqında dərin biliklər və təcrübə;

• Apple-ın dizayn və proqram interfeysi qaydaları haqqında biliklər;

• Git kod versiya vasitələrində bilik və təcrübə;

• Push notifications, APIs və cloud messaging bilikləri.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.

hellojobaz

Oxşar Vakansiyalar

Укажите причину жалобы на вакансию "Курьер"