Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Ofisiant vakansiyaları üçün bura daxil olun.

Elan № 15404

Ofisiant vakansiyaları

Ofisiant vakansiyaları

23 Oktyabr 2023

Elan tarixi

22 Noyabr 2023

Bitmə tarixi

12756

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Ofisiant

Vəzifə

1 ildən az

İş stajı

Tam-ştat

İş rejimi

Restoran işi

Kateqoriya

İş barədə məlumat

Əmək funksiyası:

  • Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
  • Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək;
  • Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
  • Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
  • İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
  • Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
  • Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək;
  • Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək;
  • Müştərinin məmnunluğunu təmin etmək;
  • Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
  • Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
  • Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
  • Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq.

Tələblər:

  • Müvafiq iş təcrübəsi;
  • Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
  • Satış etmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili –orta.
  • Kompüter bilikləri: Micros.

Vəzifə üzrə təminatlar:

  • “PMD Hospitality” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma;

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV)  pbb.hr@pmdhospitality.az elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 12.11.2023-cü il tarixinədək göndərə bilərlər.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 15404

Ofisiant vakansiyaları

Ofisiant vakansiyaları

23 Oktyabr 2023

Elan tarixi

22 Noyabr 2023

Bitmə tarixi

12756

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"