Ofis meneceri

Ofis meneceri

Pizza Mizza
  • Şəhər

  • Kateqoriya

    Ofis menecmenti

  • Maaş

    600 AZN

    Nahar üçün əlavə: 50 Azn
  • Yerləşmə tarixi

    15 oktyabr 2025

  • Bitmə tarixi

    14 noyabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.

 

Vəzifə öhdəlikləri:

  • Ofisin gündəlik fəaliyyətinin fasiləsiz işləməsini təmin etmək;
  • Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata keçirmək;
  • Qonaqların qarşılanması və qəbul qaydalarının təşkili;
  • Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı və uçotunun aparılması;
  • Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
  • Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrasını təmin etmək;
  • Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
  • İnzibati hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində ən azı 1 il təcrübə;
  • Azərbaycan və rus dilində sərbəst danışıq.
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq bacarığına malik olmalı;
  • Vaxt idarəetməsi və operativlik qabiliyyəti;
  • Peşəkar görünüş, düzgün danışıq və davranış qaydalarına riayət etmə bacarığı.

 

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
  • Əmək haqqı: 600 AZN 
  • Nahar üçün əlavə: 50 Azn
  • Şirkətin bütün xidmətlərinə: 50 faizlik endirim
  • Karyera inkişafı və təlim imkanları yaradılır

 

Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Briqada üzvü” başlığı altında  hr@pizzamizza.az  elektron ünvanına göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox