Ofis meneceri

Ofis meneceri

Bakı Nitq Mərkəzi MMC
  • Şəhər

    Bakı, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 156, Aynalı plaza

  • Kateqoriya

    Ofis menecmenti

  • Maaş

    500 AZN

    Bonus
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Vacib deyil

  • Yerləşmə tarixi

    08 may 2026

  • Bitmə tarixi

    17 iyun 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Ofis Meneceri (Xanım) tələb olunur

Şirkətimizə ana dilini mükəmməl bilən (həm yazılı, həm də şifahi), ünsiyyət bacarığı yüksək səviyyədə olan, səliqəli və aktiv ofis meneceri axtarırıq.

İşin təsviri:

  • Ofis idarəçiliyi:
  • Gündəlik işlərin təşkili və idarə edilməsi.
  • Müştərilərdən gələn zəng və sorğuların cavablandırılması.
  • Kurs iştirakçıları ilə ünsiyyətin qurulması və onların suallarına cavab verilməsi.


 Sənədləşmə işləri:

  • Kursların qeydiyyat sisteminin idarə edilməsi.
  • Müqavilələrin hazırlanması və arxivləşdirilməsi.
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.


Müştəri əlaqələri:

  • Müştərilərə kurslar haqqında ətraflı məlumat verilməsi.
  • Yeni müştərilərin cəlb olunmasına dəstək.
  • Kurs iştirakçılarının məmnuniyyətinin təmin edilməsi.


Ofis işlərinin təşkili:

  • Ofis ləvazimatlarının tənzimlənməsi və təchizatı.
  • Gündəlik iş qrafikinin planlaşdırılması.

 

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili.
  • Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili üstünlükdür).
  • Kompüter proqramlarında işləmə bacarığı (Word, Excel, Email).
  • Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti.
  •  Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq.

 

Təklif Edilir:

  • Əmək haqqı 500 AZN + bonus 
  • Rahat iş mühiti.
  • Peşəkar inkişaf üçün imkanlar.
  • Həftəlik iş qrafiki:
    bazar ertəsi - cümə günü 10:00-19:00, şənbə günü 10:00-15:00

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalardan bildiriş al

Ofis meneceri vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox