Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı)

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı)

International Bank of Azerbaijan

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyaları üçün bura daxil olun.

Elan № 6018

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyaları

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyaları

12 İyul 2021

Elan tarixi

11 Avqust 2021

Bitmə tarixi

1362

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Bank xidməti

Kateqoriya

İş barədə məlumat

Azərbaycan Beynəlxalq Bankı Bakı filialları üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyası elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
• Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
• Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
• Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

NamİZƏDƏ TƏLƏBLƏR

Bizim üçün uyğun namizəd:

• Ali təhsili olan(iqtisadi arzuolunandır);
• Bankda minimum 1 il iş təcrübəsi olan;
• Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
• Rus və ingilis dili bilikləri olan;
• İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər təcrübədən asılı olmayaraq öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Bakı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 6018

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyaları

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vakansiyaları

12 İyul 2021

Elan tarixi

11 Avqust 2021

Bitmə tarixi

1362

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"