Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    14 mart 2023

  • Bitmə tarixi

    13 aprel 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!
  • Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
  • Bankın vergi siyasətinin tətbiq edilməsi;
  • Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
  • Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
  • Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
  • Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
  • Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
  • Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
  • Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
  • Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
  • Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Namizədə tələblər:
  • Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
  • Təcrübə: müvafiq sahədə 2-3 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili, rus.
  • Kompüter bilikləri: Microsoft Office.
  • Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
  • Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
  • Digər: İFRS biliyi.
  • Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #848844

  • 1262

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox