Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi
- Internet banking əməliyyatlarının icrası və gündəlik ödənişlərin həyata keçirilməsi
- Bank və vergi ödənişlərinin düzgün və vaxtında icrası
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
- E-qaimə və hesab-fakturaların hazırlanması və göndərilməsi
- Kassa əməliyyatlarına nəzarət, POS terminallarla əlaqə
- Mühasibatlıqla bağlı gündəlik əməliyyatların dəstəklənməsi və sənədlərin arxivləşdirilməsi
- Təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılmasına dəstək
- Analitik təhlillər və daxili hesabatların hazırlanmasında iştirak
- Maliyyə şöbəsinə və Baş mühasibə dəstək vermək
İş yeri: RST Global Plaza (Ulduz metrosunun yaxınlığı)
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
İş qrafiki: Həftənin 6 günü (Bazar ertəsi – Şənbə), Şənbə- qısa iş günü
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə əsasən
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
- Cins: Kişi
- Yaş: 22–35 yaş
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il təcrübə
- Proqram bilikləri: MS Excel, MS Word və Logo Tiger proqram bilməsi üstünlükdür
- Analitik düşünmə və məsuliyyətli yanaşma
- Vergi qanunvericiliyi və mühasibat prinsipləri üzrə baza biliklər
- Diqqətli, punktual və öyrənməyə açıq olmalı
- Komandada işləmək bacarığı və yüksək iş intizamı
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis dili arzuolunandır)
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!