Mühasib

Saat Store
  • Şəhər

    Bakı, Nizami 92

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    800 - 1200 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    19 yanvar 2026

  • Bitmə tarixi

    28 fevral 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Tələblər:


Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
Elektron hökümət portallarında işləmə bacarığı;
Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;


Vəzifə öhdəlikləri:


Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
Vergi və mühasibat uçotunun aparılması;
Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
İnventarizasiyanın həyata keçirilməsi
Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
Mühasibatlığa aid bütün digər əməliyyatlar;

Pul vəsaitlərinin uçotunun aparılması.


Əlavə məlumatlar:
Əmək haqqı: 800-1200 AZN

İş qrafiki: 5 gün, 09:00 – 18:00

Korporativ nömrə və danışıq balansı

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “mühasib” sözünü qeyd edərək hr@saatstore.az e-ünvanına göndərsinlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox