Vaxtı bitib

Mühasib

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 27 sentyabr 2025
Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Şöbə/Bölmə: Mühasibatlıq / Maliyyə və Mühasibatlıq Departamenti
Vəzifə: Mühasib

Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Departament müdiri

Tələblər:


Təhsil: Ali, ixtisas üzrə (İqtisadiyyat, Mühasibat, Maliyyə);

İş təcrübəsi: Minimum 1–2 il mühasibat sahəsində

Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır

Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi

Əlavə: Maliyyə hesabatlarını təhlil etmək, analitik düşüncə, diqqətlilik, təşkilatçılıq və planlaşdırma bacarığı.

Təklif:

Ofis - Dərnəgül, Ziya Bünyadov pr 2071

İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00

AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə

Nahar şirkət tərəfindən təmin edilir.

Əmək haqqı – 800 - 1000 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Vəzifə Öhdəlikləri:

Qanunvericilik və normativ sənədlərin tətbiqi:

  • Azərbaycan Respublikasının Konstitusiyası, müvafiq qanunlar və normativ-hüquqi aktlar əsasında mühasibat uçotunu təşkil etmək;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid əmrlərin, sərəncam və digər rəhbər, metodik və normativ materialların tətbiqini təmin etmək;
  • Maliyyə və vergi qanunvericiliyinə uyğun əməliyyatların aparılmasını təmin etmək.

Maliyyə əməliyyatlarının uçotu və hesabatlılıq:

  • Pul və mal-material vəsaitlərinin qəbulu, saxlanması, istifadəsi və xərclənməsini düzgün təşkil etmək;
  • İlkin muhasibat sənədlərinin hazırlanması, tətbiqi və yoxlanılmasını həyata keçirmək;
  • Maliyyə hesabatları, balanslar və digər sənədləri hazırlayaraq müəyyən edilmiş müddətlərdə rəhbərliyə təqdim etmək;
  • Maliyyə və əməliyyat uçotunun təhlili üçün statistik və analitik məlumatların hazırlanmasında iştirak etmək.

 

Daxili nəzarət və təftiş:

  • Daxili muhasibat yoxlamaları və sənədli təftişlərin aparılmasına dəstək olmaq;
  • Pul və mal-material vəsaitlərinin inventarlaşdırılmasını təşkil etmək və inventar aktlarının düzgün tərtib edilməsini təmin etmək;
  • Maliyyə əməliyyatlarında çatışmazlıqların, qanunsuz istifadə halları və pozuntuların qarşısını almaq;
  • Maliyyə əməliyyatları ilə bağlı hər hansı pozuntular barədə dərhal rəhbərliyə məlumat vermək.

Açar bacarıq və davranışlar:

 

  • Analitik düşüncə və dəqiqlik – maliyyə məlumatlarını təhlil etmək və düzgün qərarvermə üçün əsaslandırılmış nəticələr çıxarmaq
  • Maliyyə və mühasibatlıq bilikləri – uçot, vergi, hesabat və qanunvericilik üzrə praktiki biliklərin tətbiqi
  • Kommunikasiya və məlumat ötürmə bacarığı – rəhbərlik və aidiyyəti şöbələrə maliyyə məlumatlarının düzgün və vaxtında təqdim edilməsi
  • İnkişaf və adaptasiya bacarığı – yeni hesabat alətləri, proqramlar və normativ dəyişiklikləri çevik mənimsəmək
  • Komanda əməkdaşlığı və məsuliyyətlilik – baş mühasib və digər şöbələrlə koordinasiyalı çalışmaq və hasilata yönəlmiş nəticə göstərmək

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Mühasib üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Mühasib vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Mühasib vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

10

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ