Vakansiya haqqında
Alliance Tax And Finance-MMC mühasib üzrə vakansiya elan edir:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi,mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
- Əmək haqqı hesablanması
- İlkin mühasibat sənədlərinin,hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına,əməkhaqqı fondunun sərf olunmasına,əmtəə-mal qiymətlərinin və əsas fondlarının inventarizasiyasının aparılmasına nəzarət edilməsi
- Maliyyə nizamına ciddi əməl edilməsi,inzibati təsərrüfat və digər xərclərin ,debitor borclarının,çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirtilməsinin təmin edilməsi
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi
- DSMF, Vergi, Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi. ƏDV depozit əməliyyatlarının aparılması, E-qaimələrin tərtibi
- Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi - Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanmasıRəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
5 günlük iş qrafiki (09:00-18:00)
İş yeri Nərimanov rayonunda yerləşir.
Əmək haqqı 600-700 azn
Tələblərə uyğun gələn namizədlər Cv-lərini mühasib qeyd etməklə hr@alc-finance.com mail ünvanına göndərə bilərlər.
Namizədə tələblər:Tələblər
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- Mühasibatlıq sahəsində 1-3 il, iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- 1 C proqramı üzrə bilik və təcrübələri olmalı, MS Excel üzrə biliklərə sahib olmalı;
- Yaş həddi 23-35
- Rus dili biliyi yüksək səviyyədə
- Kişi namizədlərə üstünlük veriləcəkdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!