Vakansiya haqqında
Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.
Şirkət haqqında ətraflı məlumat - smeltd.az
SME şirkətinə “mühasib” vakansiyası tələb olunur.
Struktur bölmə: Maliyyə departamenti
Vəzifə: Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi
İş barədə məlumat:
-Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
-Vergi, Vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi
-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
-Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
-ƏDV hesabatlarının tərtib edilib göndərilməsi
-Bank əməliyyatlarının idarə olunması
-Digər, qanunvericiliyə uyğun olaraq sənədlərin hazırlanması və s.
Namizədə tələblər:
Namizədə tələblər:
- İş təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 3-5 illik iş təcrübəsi;
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
-Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
-AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Cins: Qadın
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili -yaxşı
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək
- Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma; Fərdi və komanda da işləmə bacarığı; Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək.
İş şəraiti:
-İş qrafiki:
6 günlük iş qrafiki
Birinci-Beşinci günlər : 10:00-dan 18:00-dək.
Altıncı gün: 10:00-dan 13:00-dək.
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 700-900 AZN
- Karyera yüksəlişi imkanı.
Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeldt.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Mühasib (Hellojob.az)” qeyd etməyiniz xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!