Memar

Memar

Melissa Group

Ə/h razılaşma ilə
İş barədə məlumat

“Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Böyüməkdə olan komandamıza “Memar” axtarırıq.

Vəzifə öhdəlikləri:

• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;

• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;

• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;

• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;

• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;

• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;

• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;

• Aylıq smetaların hazırlanması;

• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

• Altıgünlük iş qrafiki.

• Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunacaq.

Namizəd üçün tələblər

• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);

• Mükəmməl rus dili biliyi

• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);

• AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;

• Əllə eskizləri çəkmək bacarığı;

• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;

• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;

• müstəqil və ya komanda daxilində işləmək bacarığı;

• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.

hellojobaz

Oxşar Vakansiyalar

Укажите причину жалобы на вакансию "Курьер"