Vakansiya haqqında
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
• Bankın bazar və likvidlik risklərinin idarə edilməsinin daxili siyasət və prosedurları barəsində məlumatların əldə olunması;
• Maliyyə alətlərinin IFRS 13 standartlarına əsasən qiymətləndirilməsi;
• IFRS 9 standartlarına uyğun ehtiyatların ayrılması;
• Bazar/Likvidlik Risk məlumatlarının təhlili və hesabatının aparılması;
• Stress-testlərin keçirilməsi;
• Makroiqtisadi təhlil;
• Riskə məruz dəyər, gözlənilən çatışmazlıq, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
• LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
• Bankın Faiz Riskinin İdarə Edilməsi (IRRBB);
• Bank kapitalının idarə edilməsi.
• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi
• İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Lisenziya / Sertifikat: FRM, PRM, CQF, CFA kimi sertifikatlar
• Xarici dillər: İngilis
• Kompüter bilikləri: Microsoft Office; proqramlaşdırma dilləri (R, VBA, SQL, PYTHON, MATLAB)
• Digər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına 23.09.2021 tarixinədək başlıqda ““Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis)” qeyd edərək göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!