Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis

Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis

Bank Respublika ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə analiz

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    28 fevral 2022

  • Bitmə tarixi

    30 mart 2022

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
  • Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
  • Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; 
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/baş mütəxəssis qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #844387

  • 1157

Kateqoriya Maliyyə analiz

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox