Layihəçi mühəndis

Layihəçi mühəndis

Crocus Construction
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühəndis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    21 yanvar 2021

  • Bitmə tarixi

    20 fevral 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə rəhbəri vakansiyaları üçün bura keçid edin!

“Crocus Construction” MMC Layihəçi mühəndis (elektrik quraşdırma işlərini layihələndirmək ) vakansiyasını elan edir:

Əsas vəzifə və öhdəliklər:

- Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Elektrik enerjisini istehsal edən qurğular, elektrik stansiyaları, ötürücü və paylayıcı elektrik şəbəkələri və sistemlərini layihələşdirmək və bu sahədə məsləhətlər vermək;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
- Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
- Elektrik maşınları, elektrik intiqalı, dartma və digər avadanlıqlar, yaxud elektrik məişət avadanlıqları üçün sistemləri layihələşdirmək və bununla bağlı məsləhətlər vermək;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
- Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

İş yeri:

- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər 

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə);

- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;

- Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCad;

- Dil bilikləri - Azərbaycan, Rus;

- Komandada işləmək bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Elan #841318

  • 4067

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox