Vakansiya haqqında
"EDU COMPANY" Elmlər filialı Kontent mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Şirkətin məhsul və xidmətləri üçün həftəlik, aylıq məzmun planlamasının hazırlanılması;
- Trend məzmunları daimi olaraq izləmək və adaptasiya etmək;
- Video məzmunlarının və ssenarilərinin hazırlanması;
- Görülən işlər üzrə aylıq hesabatın hazırlanması;
Namizədə tələblər:
- Azərbaycan dilində mükəmməl biliklər;
- İngilis dilində araşdırma etmək və yazmaq bacarığı;
- Kontent menecer və yaxud kopirayterlik üzrə minimum 1 illik təcrübə;
- Kreativlik;
- Aktivlik, çeviklik və məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığı;
- İşin tələbləri olduğu üçün araşdırmağa həvəsli olmaq
- Müvafiq tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 500-700 AZN
- Pozitiv komanda;
- Karyera inkişafına dəstək;
- Elmlər filialı, mətbuat prospekti 29 A.
Müraciət üçün başlığa "Kontent üzrə mütəxəssis" qeyd edərək hr@educompany.az e-mail ünvanına CV və portfolionuzu göndərməyiniz xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!