Kadrlar üzrə mütəxəssis

Kadrlar üzrə mütəxəssis

AVT Logistics
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 noyabr 2020

  • Bitmə tarixi

    11 dekabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Kadrlar üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi;

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə - “Kadrlar üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Namizədə tələblər:

- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;

- Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;

- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;

- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;

- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları:(işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)

- Stresədavamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkmilləşdirməli;

- Problemləri təhlil və həll etmə bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox