Vaxtı bitib

İT Biznes Analitik

  • Maaş 1400 - 1800 AZN
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 23 may 2021
Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitik vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə - UML diaqramlarının (use case)) hazırlanması;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Ödəmə Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
• Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• İT departamenti, Sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;

Namizədə tələblər:

• Sahə üzrə 2 il iş təcrübəsi
• Tətbiqi riyaziyyat və kibernetika / İnformasiya texnologiyaları sahəsində Ali təhsil;
• Ödəmə sistemləri, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri üzrə analitik qabiliyyətin olması;
• Web servis üzrə biliklər: Arxitektura növü (Rest/Soap) ;
• APİ Server-lərin sorğulanması bacarığı;
• Sorğulama formatları (JSON / XML) barədə anlayış;
• Sistemlərin arxitekturasını başa düşmək;
• Verilənlər bazasının sorğulanması üzrə biliklər;
• Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığı;
• Microsoft Office (Excel, Visio, PowerPoint, Word), Macros;
• Xarici dil bilikləri - İngilis və Rus dili (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) ;

İş şəraiti :

• Ofis daxili;
• Əmək haqqı 1400-1800 AZN (net)
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “İT, biznes analitik” yazılmalıdır.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İT Biznes Analitik üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs İT Biznes Analitik vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək İT Biznes Analitik vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

5

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ