Vaxtı bitib

İşə qəbul şöbəsi üzrə mütəxəssis

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 1 ildən 3 ilə qədər
  • Bitmə tarixi 16 sentyabr 2021
Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210817-1
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: İnsan resursları idarəsi, İşə qəbul şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili və ofisxarici
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Vəzifə öhdəlikləri:

- Struktur qurumlardan daxil olmuş vakansiya tələbi formalarına uyğun olaraq elanların hazırlanması və müvafiq qayda üzrə müxtəlif elan kanallarında yerləşdirilməsi;
- Verilmiş elanlar nəticəsində daxil olmuş müraciətlərin tələb formaları əsasında yoxlanılması;
- İlkin seçim mərhələsində uğur qazanmış namizədlərlə müsabiqənin (test imtahanı, müsahibə və ya peşə imtahanı) keçirilməsi;
- Müsabiqənin mərhələləri üzrə uyğun namizədlərin məlumatlandırılması və elektron bildirişlərin göndərilməsi;
- Müsabiqə nəticəsində uğur qazanmış namizədlərə iş təkliflərinin hazırlanması və göndərilməsi;
- Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması;
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməsi.

Qeyd: Xidməti zərurət ilə əlaqədar bölgələrə təşkil edilən ezamiyyətlərdə iştirak edilməsi.

Son müraciət tarixi: 31.08.2021

Namizədə tələblər:

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – orta; Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər..

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Təsir göstərmə;
- Analitik düşüncə;
- Müştəri yönümlülük.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, HRCI);
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1445#vp

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

İşə qəbul şöbəsi üzrə mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs İşə qəbul şöbəsi üzrə mütəxəssis vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək İşə qəbul şöbəsi üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ