B

IOS Developer

Bank Respublika ASC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. IOS Developer vakansiyaları üçün bura daxil olun.

Elan № 5796

IOS Developer vakansiyaları

IOS Developer vakansiyaları

17 May 2021

Elan tarixi

16 İyun 2021

Bitmə tarixi

1091

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

iOS Developer

Vəzifə

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Proqramlaşdırma

Kateqoriya

İş barədə məlumat

Bank Respublika” ASC IOS Developer vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.


NamİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil (aidiyyatı sahə üzrə);

• IOS SDK platforması və Swift proqramlaşdırma dili üzrə biliklər;

• RESTful APİ və HTTP-nin işləmə prinsipləri barədə anlayış;

• GİT ilə sərbəst işləmə bacarığı;

• APP Store üzrə “guideline” bilikləri arzuolunandır;

• JavaScript, TypeScript, Angular, HTML, CSS bilikləri arzuolunandır;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində IOS Developer qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 5796

IOS Developer vakansiyaları

IOS Developer vakansiyaları

17 May 2021

Elan tarixi

16 İyun 2021

Bitmə tarixi

1091

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"