S

İnsan resursları üzrə aparıcı mütəxəssis

Sirab ASC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 4738

İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyaları

İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyaları

13 Yanvar 2021

Elan tarixi

12 Fevral 2021

Bitmə tarixi

2587

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

3 ildən 5 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

İnzibati

Sahə

İş barədə məlumat

İnsan resursları üzrə aparıcı mütəxəssis

İş barədə: 

- İnsan resurslarının fəaliyyət istiqamətləri və funksiyaları (Planlaşdırma, işə qəbul, təlim və karyera, kadr inzibatçılığı və s.) üzrə nəzərdə tutulan işlərin tətbiq edilməsi üçün prosedur və proseslərin hazırlanmasında iştirak;
- İnsan resurslarının planlaşdırılması, işə qəbul, adaptasiya, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası:
- İnsan resurslarının panlaşdırılması ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlərin icrası və hesabatların hazırlanması;
- İşə qəbul prosesinin təşkili, işçi tələbi və namizəd seçimi prosesinin idarə edilməsi;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkil edilməsi;
- İşçilərin xidməti fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə müvfiq işlərin təşkili və nəticələri üzrə hesabatların hazırlanması;
- İşçilərin motivasiyasının yüksəldilməsi məqsədi ilə motivasiya vasitələri üzrə proqramların hazırlanması və tədbirlərin təşkil edilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası.
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

İş vaxtının norması:

- 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

NamİZƏDƏ TƏLƏBLƏR

- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Kompüter bilikləri: MS Office - əla;
- Dil bilikləri: İngilis - yaxşı, Rus – yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
- İnsan resurslarının idarə edilməsi üzrə xüsusi ilə işə qəbul (Recruitment), performansın idarə edilməsi (Performance Managament), talantların idərəedilməsi (Talant Managament), iş gücünün planlaşdırılması (Workforce planning) kimi sahələrdə nəzəri və praktiki biliklər;
- Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
- Planlaşdırma, Proqnoz və hesabatların tərtib edilməsinə dair praktiki biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

- Diqqətlilik;
- İntizamlılıq;
- Yenilikçi və proaktiv yanaşma;
- Komanda işi;
- Etibar yaratma;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
- Motivasiya;
- Ünsiyyət qurma.

Digər tələb və üstünlük göstəriciləri:

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.



Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4738

İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyaları

İnsan resursları üzrə aparıcı mütəxəssis vakansiyaları

13 Yanvar 2021

Elan tarixi

12 Fevral 2021

Bitmə tarixi

2587

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"